AZ

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 5,2% artıb

Bakı. Trend:

Cari ilin iyulun biri tarixinə aktiv vergi ödəyicilərinin sayıilin əvvəli ilə müqayisədə 1,7% artaraq 820,9 min olub.

Trend bubarədə Dövlət Vergi Xidmətinə istindən xəbər verir.

Məlumata görə, aktiv ƏDV ödəyicilərinin sayı isə 5,2% artaraq55,6 min təşkil edib.

Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin)sayı 4% artıb və 226,1 min olub.

Qeyd edək ki, hesabat dövründən bir ay əvvələ qədərAzərbvaycanda aktiv vergi ödəyicilərinin sayı 818,5 min, aktiv ƏDVödəyicilərinin sayı isə 55,3 min olub.

Seçilən
0
49
az.trend.az

10Mənbələr