Cari ilin iyulun biri tarixinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 1,7% artaraq 820,9 min olub.
Day.Az bildirir ki, Trend bu barədə Dövlət Vergi Xidmətinə istindən xəbər verir.
Məlumata görə, aktiv ƏDV ödəyicilərinin sayı isə 5,2% artaraq 55,6 min təşkil edib.
Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 4% artıb və 226,1 min olub.
Qeyd edək ki, hesabat dövründən bir ay əvvələ qədər Azərbvaycanda aktiv vergi ödəyicilərinin sayı 818,5 min, aktiv ƏDV ödəyicilərinin sayı isə 55,3 min olub.