AZ

Məşhur klub elitada qala bilər: bu qədər pul tapsa

"Lion" Fransanın elit divizionu hesab edilən Liqa 1-də qalmaq şansını hələ saxlayır.

Publika.az xəbər verir ki, bunun üçün klubun 200 milyon avro tapması tələb olunur. Bu barədə “L’Équipe” məlumat yayıb.

Mənbənin yazdığına görə, klub 10 iyul tarixinə qədər dərhal 100 milyon avronu hesabına köçürməli və 2025/26 mövsümü ərzində əlavə 100 milyon avroluq maliyyə təminatı təqdim etməlidir. Məhz həmin gün “Lion”un liqadan aşağı diviziona göndərilməsi ilə bağlı maliyyə pozuntularına dair apellyasiya iclası baş tutacaq.

Xatırladaq ki, “Lion” daha əvvəl UEFA ilə maliyyə monitorinqi üzrə razılıq imzalamışdı. Klub apellyasiyanı udsa belə, maliyyə pozuntularına görə böyük məbləğdə cərimə ödəməli olacaq.

Seçilən
5
6
publika.az

10Mənbələr