AZ

Fransa klubu Liqa 2 yə düşürülməsi barədə qərardan şikayət etmək üçün 100 milyon avro tapmalıdır

ain.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Fransanın "Lion" klubu Liqa 2-yə düşürülməsi barədə qərardan şikayət etmək üçün 100 milyon avro tapmalıdır.

"Report" xəbər verir ki, bu barədə ölkənin "Lequipe" nəşri məlumat yayıb.

Apellyasiya şikayəti iyulun 10-da veriləcək və həmin məbləğ klubun hesablarında olmalıdır. "Lion" 2025/2026 mövsümünün sonunda daha 100 milyon avro alacağına da zəmanət verməlidir.

Vəsaitin pul mükafatı və ya oyunçuların satışından əldə olunması planlaşdırılır.

Qeyd edək ki, "Lion" 2024/2025 mövsümündə 57 xalla Liqa 1-i altıncı sırada bitirib və Avropa Liqasına vəsiqə qazanıb. Klub maliyyə hesabatlarında pozuntulara yol verdiyinə görə ikinci diviziona göndərilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
14
icma.az

10Mənbələr