AZ

Heqset özü Ukraynaya yardımı dayandırıb

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “NBC News” telekanalı belə məlimta yayıb.

Bununla artıq üçüncü dəfədir ki, Heqset beləqərar verir. 2025-ci ilin fevral və may aylarında onun qərarları bir neçə gündən sonra ləğv edildi. Pentaqonun rəhbərinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi də ABŞ-nin Ukraynadakı münaqişədə iştirakını azaltmağın tərəfdarı olduğu üçün bu qərarı dəstəkləyib.

“Ukraynaya sursat tədarükünün dayandırılması qərarı ABŞ anbarlarındakı silah anbarlarının tükənməsi ilə bağlı deyil. Ehtiyatlar həqiqətən azalsa da, kritik həddə çatmayıb”,- adı açıqlanmayan məmurlar bildiriblər.

Vaşinqton Kiyevə yardımı dayandırır| VİDEO
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, respublikaçı Anna Paulina Luna daVaşinqtonun Ukraynaya hərbi yardımı davam etdirməyəcəyini vurğulayıb.

- Zelenski pravoslav kilsəsini qadağan edib. Mən sizə söz verə bilərəm ki, silah olmayacaq. Sülh üçün danışıqlar aparın”, - amerikalı konqresmen “X” sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, iyulun 2-də ABŞ-nin Ukraynaya“Patriot” sistemləri və onlar üçün raketlər, dəqiq idarəolunan “GMLRS” döyüş sursatları və “Hellfire” raketləri, habelə digər silahların tədarükünü dayandırdığı açıqlanıb. Ukraynanın Xarici İşlər nazirliyi bu məlumatı müzakirə etmək üçün ABŞ-nin müvəqqəti işlər vəkiliCon Qinkeliçağırıb.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
13
6
azvision.az

10Mənbələr