AZ

Heqset Ukraynaya hərbi yardımı birtərəfli qaydada dayandırmaq qərarına gəlib

Pentaqonun rəhbəri Pit Heqset birtərəfli qaydada Ukraynaya hərbi yardımı dayandırmaq qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə mənbələrə istinadən NBC News kanalı məlumat yayıb.

Məlumata görə, ABŞ Müdafiə Nazirliyinin rəhbəri artıq üçüncü dəfədir ki, belə bir qərar qəbul edir. Əvvəlki hallarda, 2025-ci ilin fevral və may aylarında onun qərarı bir neçə gün sonra ləğv edilib.

Qeyd olunur ki, Heqsetin siyasi məsələlər üzrə müavini Elbridge Kolbi də ABŞ-ın Ukraynadakı münaqişədə iştirakının azaldılmasının tərəfdarı olduğu üçün bu qərarı dəstəkləyib.

Adı açıqlanmayan digər rəsmilər Kiyevə döyüş sursatı göndərilməsinin dayandırılması barədə qərarın ABŞ anbarlarında silahların tükənməsi səbəbindən verilmədiyini vurğulayıblar. Onların fikrincə, ehtiyatlar azalıb, lakin kritik minimuma çatmayıb.

Seçilən
18
50
ucnoqta.az

10Mənbələr