AZ

Putin Trampı təbrik edib

Rusiya prezidenti Vladimir Putin Amerika lideri Donald Trampı ABŞ-nin Müstəqillik Günü münasibətilə təbrik edib və Rusiyanın Amerikanın müstəqilliyinə verdiyi töhfəni, eləcə də Moskva ilə Vaşinqton arasında müttəfiqliyi xatırladıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov iki ölkə liderləri arasında telefon danışığından sonra məlumat verib.

“Əlbəttə, onu ABŞ-nin milli bayramı, sabah qeyd olunacaq Müstəqillik Günü münasibətilə təbrik etdi”, - diplomat bildirib.

“Bizim tərəfimizdən qeyd olunub ki, Rusiya Amerika dövlətçiliyinin inkişafında, o cümlədən Müstəqillik Müharibəsi dövründə - bu, 250 il bundan əvvəldir, - sonra isə 160 il əvvəl başa çatmış vətəndaş müharibəsi dövründə mühüm rol oynayıb.

Bildirilib ki, ölkələrimizi təkcə Birinci və İkinci Dünya Müharibələrində müttəfiqlikləri ilə deyil, həm də daha dərin tarixi köklər bağlayır”, - deyə Uşakov əlavə edib.

Seçilən
32
50
ucnoqta.az

10Mənbələr