AZ

İran görüntüləri yaydı: Tehran belə vurulub

News24 saytından verilən məlumata görə, ain.az xəbər verir.

İsrailin Tehrandakı Qüds meydanına raket hücumu ilə bağlı təhlükəsizlik kamerasının görüntüləri yayımlanıb. 

News24.az xəbər verir ki, bu barədə "Fars Xəbər Agentliyi" görüntülər paylaşıb. Kadrlarda avtomobillərin və piyadaların svetoforda gözlədiyi anlarda binanın orta mərtəbəsində güclü partlayışın baş verdiyi, ardından yola mərminin düşdüyü görünür.

Raketin mülki binalara və yol hərəkətinin sıx olduğu əraziyə düşməsi nəticəsində avtomobillər havaya qalxıb, ağaclar, asfalt və dirəklər ətrafa dağılıb. Bir çox insanın dağıntılar altında qaldığı bildirilir.

İran rəsmiləri hücumların birbaşa mülki əhalini və şəhər infrastrukturunu hədəf aldığını bəyan edərək, bu hücumu “beynəlxalq hüququn pozulması” kimi qiymətləndiriblər. Qüds və Təcriş meydanlarında böyük dağıntı və ölənlərin olduğu bildirilib.

Aqil

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
35
news24.az

10Mənbələr