İsrail hərbçiləri Qəzza zolağının şimalında HƏMAS dəniz qüvvələrinin komandirini zərərsizləşdirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.
“HƏMAS-ın dəniz bölməsinin komandiri, terrorçu Rəmzi Ramdan Əli Salehi öldürülüb”, - məlumatda deyilir.
Məlumata görə, zərbə zamanı HƏMAS-ın minaatan bölməsinin komandir müavini Hişam Mənsur və minaatan bölməsinin bir silahlısı da daxil olmaqla, bir neçə hərəkat üzvü öldürülüb.