AZ

“Roma” gürcüstanlı futbolçunu istəyir

ain.az, Idmanxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Roma” “Lion”un hücumçusu George Mikautadzeni transfer etməyi planlaşdırır.

İdmanxeber.az-ın məlumatına görə, Roma klubu 24 yaşlı gürcü üçün 18 milyon avro və əlavə ödəniş təklif etməyi planlaşdırır. “Lion” forvard üçün 20 milyon avro almaq niyyətindədir.

2024/25 mövsümündə Mikautadze “Lion”un heyətində bütün yarışlarda 47 matçda 17 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.

“Transfermarkt” futbolçunun transfer dəyərini 22 milyon avro qiymətləndirir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
11
idmanxeber.az

10Mənbələr