AZ

“Everton” Tyerro Barrini transfer etmək istəyir

İngiltərənin “Everton” klubu “Vilyarreal”ın hücumçusu Tyerro Barrinin transferi ilə maraqlanır.

90deqiqe.Az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi artıq 22 yaşlı forvardın keçidi ilə bağlı İspaniya klubu ilə danışıqlara başlayıb.

Dominik Kalvert-Lüinin ayrılmasından sonra Barri “Everton”un hücum xətti üçün əsas hədəfə çevrilib.

“Vilyarreal” futbolçusunun satışından 40 milyon avro gəlir əldə etməyi planlaşdırır. Barri 2024/25 mövsümündə La Liqa təmsilçisinin heyətində 37 oyunda iştirak edib, 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
23
29
90deqiqe.az

10Mənbələr