AZ

“Real” onu transfer etmək istəyir

“Real Madrid” “Ştutqart” və Almaniya yığmasının hücumçusu Nik Voltemadeni transfer etmək istəyir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb. 

Bildirilib ki, Almaniya klubu 23 yaşlı futbolçunu 60 milyon avroya satmaq niyyətindədir.

Futbolçu ilə “Atletiko Madrid”, “Bavariya” və “Çelsi”də maraqlanır.

Qeyd edək ki, Voltemade Almaniya millisinin heyətində iki matçda meydana çıxıb. O, ötən mövsüm bütün yarışlarda 33 matçda iştirak edib 17 qola və 3 məhsuldar ötürməyə edib.

“Transfermarkt” portalı futbolçunun dəyərini 30 milyon avro qiymətləndirir.

 

Seçilən
18
29
qafqazinfo.az

10Mənbələr