Bir neçə ay adı "Barselona" ilə hallanan Niko Ulilyamsın "Altetik"də qalması çoxlarını təəccübləndirib. 

Offsideplus.az xəbər verir ki, Bilbao təmsilçisi bu gün futbolçu ilə 10 illik yeni müqavilə bağlayıb.

Uilyams imzalanma mərasimindən sonra "Barselona"ya keçməməsinin səbəbini belə izah edib: "Qərar qəbul edərkən mənim üçün ən önəmlisi ürəyimdir. Mən harda olmaq istəyirdimsə, elə ordayam - öz xalqımla. Bu, mənim evimdir. İrəli, "Atletik"!

Yeni müqavilədə 22 yaşlı hücumçunun transfer dəyərinin 95-100 milyon avro arasında göstərildiyi bildirilir.

Qeyd edək ki, Niko 11 yaşından "Atletik"in formasını geyinir.