ABŞ prezidenti Donald Trampın sərvəti müzakirələrə səbəb olub.
Turkustan.az xəbər verir ki, Donald Tramp kriptovalyuta investisiyaları vasitəsilə cəmi bir neçə ay ərzində sərvətinə 620 milyon dollar əlavə edib.
Seçkidən öncə ABŞ prezidentinin sərvəti 6,5 milyard dollar olsa da, seçkidən sonra 6,4 milyard dollara düşüb. Lakin Tramp ailəsi hazırda kriptovalyutanın hesabına sürətlə varlanır.
“Bloomberg” nəşrinin məlumatına görə, təkcə son bir neçə ay ərzində Tramp kriptovalyutadan 620 milyon dollar qazanıb. Bu gəlirin 390 milyonu Tramp ailəsinin 22,5 milyard ədəd “Token”ə sahib olduğu “World Liberty Financial” adlı blokçeyn platformasından əldə edilib.
Məlumatlara görə, Tramp ailəsi yaxın dövrdə kriptovalyuta hesabına sərvətini daha da artıracaq. /publika.az/