Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın şəxsi sərvəti 2024-cü ilin əvvəlindən bəri ən azı 620 milyon dollar artaraq 6,4 milyard dollara çatıb.
Bu barədə "Bloomberg" məlumat yayıb.
Qeyd olunur ki, bu rəqəm 2024-cü il prezident seçkiləri günündəki göstəricidən təxminən 100 milyon dollar az olsa da, kriptovalyutalar hesabına əhəmiyyətli dərəcədə yüksəlib.
Trampın adı daha çox daşınmaz əmlak və lisenziya razılaşmaları ilə bağlı olsa da, son dövrlər onun sərvətində ciddi artım virtual aktivlərdən qaynaqlanır. "World Liberty Financial" platforması tərəfindən satışa çıxarılan tokenlərdən 550 milyon dollar əldə olunub, bunun təxminən 390 milyon dolları Tramp ailəsinə yönəlib. Bundan əlavə, Tramp brendi ilə buraxılan memkoin və USD1 adlı sabitkoin satışlar və qiymət artımı sayəsində əlavə gəlirlər gətirib.
Bundan başqa, Trampın Mayamidə yerləşən "Trump National Doral" kompleksindən də yüz milyonlarla dollar gəlir əldə olunub. Burada planlaşdırılan 1500 elit yaşayış mənzili layihəsi kompleksin dəyərini 350 milyon dollardan 1,5 milyard dollara yüksəldib.
Trampın media sahəsindəki aktivləri – xüsusən də "Truth Social" platformasının sahibi olan "Trump Media & Technology Group" – qeyri-sabit səhm qiymətləri və maliyyə itkiləri səbəbilə bir neçə milyard dollarlıq dəyişkənliklə qarşılaşıb.
Mənbələr bildirir ki, Trampın ikinci prezidentliyi dönəmində xarici tərəfdaşlıqlar üçün geniş imkanlar yaradılıb və bu da onun kriptovalyuta layihələrindən gəlirlərinin sürətlə artmasına təkan verib.
"AzPolitika.info"
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.