Azərbaycan şahmatçısı Xəzər Babazadə "Shamakhi Open" beynəlxalq şahmat festivalının qalibi olub.
Operativ Media xəbər verir ki, eyni xala malik Ukrayna təmsilçisi Vitali Bernadski əlavə göstəricilərə görə ikinci yeri tutub. Xaqan Əhməd 6,5 xalla "Shamakhi Open"i üçüncü yerdə başa vurub.
Qeyd edək ki, “Shamakhi Open” Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə "Chess Tour Azerbaijan" çərçivəsində keçirilib.