AZ

"Shamakhi Open" turnirinin qalibi bilindi

Azərbaycan şahmatçısı Xəzər Babazadə "Shamakhi Open" beynəlxalq şahmat festivalının qalibi olub.

"Football-plus.az" xəbər verir ki, o, 9-cu turda Əhməd Əhmədzadəyə qalib gələrək xalını yeddiyə çatdırıb.

Vitali Bernadski də Vüqar Manafova qalib gələrək yarışı eyni nəticə ilə başa vurub. Lakin əlavə göstəriciləri liderdən geri qaldığından ukraynalı şahmatçı ikinci yeri tutub. Xaqan Əhməd 6,5 xalla "Shamakhi Open"i üçüncü yerdə başa vurub.

Xatırladaq ki, “Shamakhi Open” Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə "Chess Tour Azerbaijan" çərçivəsində keçirilib.

Seçilən
0
2
football-plus.az

7Mənbələr