AZ

Azərbaycanlı hakim Gürcüstanda beynəlxalq turnirin təşkilatçısı olacaq

Azərbaycan Taekvondo Federasiyasının (ATF) nümayəndəsi, beynəlxalq dərəcəli hakim Coşqun Nadirov Gürcüstanda keçiriləcək “IMERETI OPEN 2025” beynəlxalq taekvondo turnirinə Təşkilat Komitəsinin rəhbəri qismində dəvət alıb.

Bu barədə Operativ Media-ya ATF-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 26–29-u aralığında baş tutacaq yarışın təşkili və idarə olunmasında azərbaycanlı mütəxəssisə üstünlük verilməsi ölkəmizin taekvondo sahəsindəki yüksək nüfuzunun göstəricisidir.

Qeyd edək ki, Coşqun Nadirov bir sıra beynəlxalq yarışlarda hakim kimi uğurlu çıxış etmiş, peşəkarlığı ilə tanınan təcrübəli mütəxəssislərdəndir.

Seçilən
56
12
operativmedia.az

7Mənbələr