AZ

"Neftçi" heyətini venesuelalı futbolçu ilə gücləndirmək istəyir

"Neftçi" klubu venesuelalı hücumçu Freddi Varqasla danışıqlara başlayıb.
 
Moderator.az xəbər verir ki, 26 yaşlı venesuelalı forvard ölkəmizə gəlməyə razılıq verib.
 
Futbolçunun çıxış etdiyi "Makkabi Netanya" klubu hücumçu üçün 600 min avro tələb edir.
 
Karyerası ərzində vətənində və ABŞ-də oynamış Varqas Lara "Deportivo"sunun yetirməsidir. 2023-cü ildən İsraildə çıxış edən oyunçu "Makkabi"yə ötən yay keçib. Netanyalılar onun üçün "Metropolitanos"a 460 min avro ödəyib.
Seçilən
4
27
moderator.az

10Mənbələr