AZ

Məşhur futbolçu faciəli şəkildə öldü

İngiltərənin "Liverpul" klubunun portuqaliyalı hücumçusu Dioqu Jota faciəli şəkildə ölüb.
 
Moderator.az xəbər verir ki, bununla bağlı "Marca" nəşri məlumat yayıb.
 
Bildirilib ki, 28 yaşlı hücumçu İspaniyada yol-nəqliyyat hadisəsində həyatını itirib.
 
Futbolçu İngiltərənin "Liverpul" klubunda çıxış edib, əvvəllər "Vulverhempton", "Porto" və "Madrid Atletiko"sunun futbolçusu olub. Jota Portuqaliya millisində 46 oyun keçirib. "Liverpul"un tərkibində Jota İngiltərə çempionu və ölkə kubokunun qalibi adını, həmçinin Portuqaliya millisinin tərkibində iki dəfə UEFA Millətlər Liqasının kubokunu qazanıb.
Seçilən
23
27
moderator.az

10Mənbələr