"Neftçi" klubu qapıçısı Emil Balayevlə müqavilənin müddətini uzadıb.
Moderator.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
Anlaşmaya əsasən, 31 yaşlı futbolçu 2026-cı ilin yayınadək Bakı təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan və 2011-2014-cü illər aralığında da komandanın qapısını qorumuş Balayev 2023-cü ilin yayında kluba qayıdıb. O, Azərbaycan millisinin heyətində 14 oyun keçirib.