AZ

Marko Veşoviç: Qarabağ da darıxdım və davam etməmək qərarına gəldim

sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Qarabağ"da dörd uğurlu və gözəl il keçirdim". Sport24.az xəbər verir ki, bu sözləri ölkəsinin mətbuatına açıqlamasında Monteneqro millisinin futbolçusu Marko Veşoviç deyib. 33 yaşlı cinah müdafiəçisi Ağdam təmsilçisində çıxış etməyin çətin olduğunu söyləyib: "Çünki klubun ambisiyaları mövsümdən-mövsümə artırdı. Amma keyfiyyət və nəticələr həm yerli çempionatda, həm də Avropada görünürdü. Dörd titula sahib çıxdıq, Avropa Liqasının 1/8 final mərhələsində "Bayer"lə oynadıq. Klub böyüdükcə, mən də oyunçu kimi böyüdüm. Amma darıxdım və yeni motivasiyaya ehtiyacım olduğunu hiss etdim. Davam etməmək qərarına gəldim. Klubdakı hər kəsə minnətdaram, onlara ən yaxşısını arzulayıram".Veşoviç ona çoxlu təkliflərin olduğunu söyləyib: "Amma hazırda əvvəlki mövsümlərdə edə bilmədiyim tətildən həzz almaq istəyirəm. Yaxın on gündə ərzində konkret danışıqların olacağını gözləyirəm. Karyeramı güclü liqada davam etdirmək, həm də ailəmin dinc yaşaya biləcəyi və Monteneqroya daha yaxın yerdə oynamaq istəyirəm".Qeyd edək ki, 2021-ci ildən "Qarabağ"da çıxış edən Marko Veşoviç 2024/2025 mövsümünün sonundan klubdan ayrılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
50
sport24.az

10Mənbələr