AZ

Qəbələ Futbol Akademiyası fəaliyyətini dayandırdı

Ötən mövsüm I Liqada çempion olaraq Misli Premyer Liqasına vəsiqə qazanan "Qəbələ" açıqlama yayıb.

Apasport.az xəbər verir ki, komandanın futbol akademiyası fəaliyyətini dayandırıb.

"Qəbələ" İdman Klubu olaraq, bu gün Azərbaycan futbol ictimaiyyəti ilə bölüşmək istədiyimiz vacib bir qərarı açıqlayırıq. 2005-ci ildən etibarən fəaliyyət göstərən Qəbələ Futbol Akademiyası, ötən 20 il ərzində ölkə futboluna yüzlərlə istedadlı gənc futbolçu qazandırmış, onlarla oyunçunun müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarına yüksəlməsində mühüm rol oynamışdır. Bu illər ərzində akademiyamız ölkəmizdə gənclər futbolunun inkişafına, bölgələrdə istedadların üzə çıxarılmasına və onların peşəkar futbol mühitinə inteqrasiyasına töhfə vermişdir. Lakin təəssüf hissi ilə bildirmək istəyirik ki, hazırkı maliyyə çətinlikləri səbəbindən

Qəbələ Futbol Akademiyasının fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılır. Ötən mövsümdən başlayan maliyyə problemlərini aradan qaldırmaq üçün apardığımız hərtərəfli fəaliyyət, ayrılan maddi yardımlar, bunlarla yanaşı əməkdaşlarımızın uzun müddətdir göstərdiyi fədakarlıq tam güclə fəaliyyət göstərməyə, təəssüf ki kifayət etmir. Bu qərar bizim üçün asan olmayıb. Klub olaraq məqsədimiz, gələcəkdə yenidən stabil maliyyə mühiti formalaşdıraraq akademiya fəaliyyətini daha güclü şəkildə bərpa etmək və gənc futbolçular üçün inkişaf imkanlarını genişləndirməkdir. Akademiyamızda illər ərzində zəhmət göstərmiş bütün məşqçilərə, işçilərə və xüsusilə də valideynlərin etimad göstərərək bizə əmanət etdikləri bütün gənc futbolçulara dərin təşəkkürümüzü bildiririk.

Qəbələ Futbol Klubu olaraq, Azərbaycan futboluna xidmət missiyamız bundan sonra da davam edəcək".

"Qarabağ"ın Avstriyadakı rəqibləri müəyyənləşib

“Sabah” Macarıstan klubu ilə üz-üzə - YENİLƏNİR

Ölkələrin UEFA reytinqi açıqlanıb

"Turan Tovuz" yeni mövsüm formalarını təqdim edib - VİDEO

"Neftçi" hazırlıqlara davam edir

Seçilən
7
50
apasport.az

10Mənbələr