ain.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Niko Uilliams "Atletik Bilbao" ilə 10 illik müqavilə imzalayıb
Apasport.az xəbər verir ki, İspaniyanın “Atletik Bilbao” klubu gənc hücumçusu Niko Uilliamsla uzunmüddətli müqavilə bağlayıb.Klubun rəsmi saytının yaydığı məlumata görə, 21 yaşlı futbolçu ilə 2035-ci ilin yayına qədər yeni sözləşmə imzalanıb.
Uzun müddətdir Avropanın aparıcı klublarının, xüsusilə “Barselona”nın maraq dairəsində olan Uilliamsın Kataloniya təmsilçisi ilə razılığa gəldiyi deyilirdi. Lakin gənc futbolçu son anda qərarını dəyişərək, “Atletik”də qalmağı üstün tutub. O, açıqlamasında Bilbaoda olmaq istədiyini bildirib və qərarında ürəyinin səsini dinlədiyini vurğulayıb.
Qeyd edək ki, 2024/25 mövsümündə La Liqada 31 oyuna çıxan Uilliams 6 qol və 11 assistlə yadda qalıb.
Terimin əvəzinə ispaniyalı məşqçi
Alman ruhu, macar göz yaşları: "Bern möcüzəsi"
"Fluminense" - "Əl-Hilal" bu kanalda yayımlanacaq
Qittens rəsmən "Çelsi"də
"Milan"dan 23 milyon avroluq transfer - RƏSMİ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.