ain.az, Gununsesi saytına istinadən bildirir.
ABŞ prezidenti Tramp bildirib ki, HƏMAS-ın Qəzzada atəşkəs təklifini qəbul edib-etmədiyini yaxın 24 saat ərzində öyrənəcəklər.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin Qəzza zolağına hücumları davam edərkən, ABŞ prezidenti Donald Trampın yeni atəşkəs və girov mübadiləsi təklifinə tərəflərdən rəsmi cavablar gözlənilir.
Tramp məsələ ilə bağlı bu gün verdiyi açıqlamada “Həmasın atəşkəsi qəbul edib-etməyəcəyini yaxın 24 saat ərzində öyrənəcəyik” deyib.
ABŞ prezidenti dünən Rusiya prezidenti Vladimir Putinlə telefon danışığını da dəyərləndirib. Tramp Ukrayna müharibəsinə toxunaraq, “Putinin dayanmaq istədiyini düşünmürəm” deyib. ABŞ prezidenti əlavə edib ki, Putinlə görüşü onun üçün məyus olub.
Digər tərəfdən, Həmas da atəşkəs təklifi ilə bağlı yazılı açıqlama verərək, Qəzza zolağında vasitəçilərin təqdim etdiyi atəşkəs təklifini Fələstinli qruplarla müzakirə etdiyini və son qərarını məsləhətləşmələr tamamlandıqdan sonra açıqlayacağını açıqlayıb.
HƏMAS-dan verilən açıqlamada, İsrailin Fələstin xalqına qarşı hücumlarına son qoymaq və humanitar yardımların sərbəst şəkildə keçməsini təmin etməkdə qərarlı olduğu ifadə edilərək, Qəzza zolağında atəşkəs üçün vasitəçilərin təqdim etdiyi təkliflə bağlı Fələstin qruplarının liderləri ilə məsləhətləşdiyi qeyd edilib.
Bəyanatda belə bir ifadə yer alıb: “Həmas bu danışıqlar başa çatdıqdan sonra son qərarını vasitəçilərə izah edəcək və rəsmi açıqlama verəcək”.
Orxan
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.