Bakı, 4 iyul, AZƏRTAC
İspaniya millisinin futbolçusu Niko Uilyams “Atletik” (Bilbao) ilə müqaviləsinin müddətini uzadıb.
AZƏRTAC klubun rəsmi saytına istinadan xəbər verir ki, 22 yaşlı vingerlə 2035-ci ilədək yeni sözləşmə imzalanıb.
Ulduz futbolçu 2021-ci ildən Bilbao təmsilçisində çıxış edir.
Niko Uilyams ölkəsinin “Barselona” və Almaniyanın “Bavariya” komandaları ilə danışıqlar aparsa da, həmin klublarla anlaşa bilməyib.