Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas parlamentin bu gün keçirilən iclasında "Polis haqqında" Qanunda dəyişiklik edilməsi barədə layihənin müzakirəsi zamanı deyib.
Millət vəkili polislərin əməkhaqlarının artırılmasını təklif edib:
"Azərbaycan polisi keçmiş sovet ölkələri arasında ən fəal iştirak edən polislərdir. Ölkənin təhlükəsizliyinin qorunmasında fəaldırlar. Birinci Qarabağ savaşında da vuruşan polislər idilər. Polis orqanlarının 62 Milli Qəhrəmanı var. Ona görə onların əməyinin qiymətləndirilməsi çox gözəldir. Çox arzu edirəm ki, polislərin maaşı artırılsın. Necə ki bu qanun layihəsi ona xidmət edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31