AZ

Piylənmənin müalicəsində sağlam qidalanmanın rolu

Piylənmə, yəni bədəndəki piy miqdarının sağlamlıq üçün təhlükəli həddə çatması – günümüzdə həm uşaqlar, həm də böyüklər arasında artan ciddi sağlamlıq problemidir.

KONKRET.az Pravda.az-a istinadla bildirir ki, bədən kütlə indeksi (BKİ) 30 və üzərində olan şəxslər piylənmiş hesab edilir. Bu vəziyyət əsasən qəbul edilən kalori miqdarının sərf ediləndən çox olması ilə yaranır.

Piylənmənin sağlamlıq üzərindəki təsirləri ürək-damar, maddələr mübadiləsi, tənəffüs, sümük-əzələ, onkoloji və psixoloji sistemlərə qədər geniş sahələri əhatə edir. Yüksək qan təzyiqi, tip 2 şəkərli diabet, oynaq problemləri və bəzi xərçəng növləri piylənmə ilə əlaqələndirilir.

Müalicənin əsası isə sağlam və balanslı qidalanma vərdişlərinin mənimsənilməsidir. Qidalanma rejimində kalorisi aşağı, qidalandırıcı dəyəri yüksək olan məhsullara üstünlük verilməli, su istehlakı artırılmalı və psixoloji dəstək daxil edilməlidir.

\Uğurlu pəhriz planı fərdi ehtiyaclara əsaslanaraq hazırlanmalı, protein, karbohidrat, yağ, lif, vitamin və mineralların balanslı şəkildə qəbulunu təmin etməlidir. Əlavə olaraq, porsiya nəzarəti və müntəzəm fiziki fəaliyyət də vacibdir.

Piylənmənin müalicəsində sağlam yağlar (zeytun yağı, avokado), lifli məhsullar (tərəvəz, meyvə, paxlalılar) və kompleks karbohidratlar (tam taxıllar) əsas yer tutur. Qazlı və şəkərli içkilərdən uzaq durmaq tövsiyə olunur.

Fiziki fəaliyyət, xüsusən yürüş, üzgüçülük, velosiped, pilates və yoga kimi məşqlər həm çəki itirməyə, həm də ümumi sağlamlığa müsbət təsir edir.Nəhayət, peşəkar dietoloq dəstəyi ilə fərdi qidalanma planı hazırlamaq, davamlı motivasiya və davranış dəyişikliyi yaratmaq mümkündür.

Bu yanaşma, piylənmənin uzunmüddətli və sağlam şəkildə müalicəsində əsas rol oynayır.

Seçilən
0
7
konkret.az

10Mənbələr