AZ

İran və ABŞ nüvə təmasına qayıdır

Ajans.az jpost.com-a istinadən bildirir ki, İran Xarici İşlər Nazirliyi Birləşmiş Ştatlarla nüvə məsələsində diplomatik həll yolunu bərpa etmək üçün “gizli kanallar vasitəsilə səylər” aparılır. “Diplomatiya aldadıcı vasitəyə və ya psixoloji müharibə alətinə çevrilməməlidir,”  O əlavə edib ki, ABŞ-İran nüvə sazişi üzrə danışıqlar zamanı İsrailin hücumu ilə diplomatiya ABŞ tərəfindən “xaincəsinə” pozulub. Bağayi həmçinin bildirib ki, ABŞ “sionist təcavüzünə” dəstək verməklə beynəlxalq hüquqları pozub. ABŞ Prezidenti Donald Tramp və onun kabinet üzvləri 22 iyun 2025-ci ildə İran əleyhinə hərbi zərbələr zamanı situasiya otağında olublar  Bununla belə, İran rəsmisi əlavə edib: “Diplomatiya heç vaxt bitmir, dolayı yolla təmaslar mövcuddur. Mənim nazirim Oman, Qətər və digər ölkələrlə danışır.” Tramp isə bildirib ki, İran ABŞ-la danışıqlar aparmaq istəyir və lazım gələrsə, bu ölkənin nümayəndələri ilə görüşə bilər. “Iran danışmaq istəyir və düşünürəm ki, mənimlə danışmaq istəyərlər. Artıq vaxtıdır,” – deyə Tramp Iowa mitinqinə yola düşməzdən əvvəl Andrews aviabazasında jurnalistlərə deyib. “Biz onlara zərər vermək istəmirik. Sadəcə, onların yenidən müstəqil bir dövlət kimi yaşamasını istəyirik.” Gizli təmaslar üçün Səudiyyə kanalı

Fox News-un məlumatına görə, Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman cümə axşamı Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və digər yüksək vəzifəli şəxslərlə görüşüb. Görüşdə İranla gərginliyin azaldılması yolları müzakirə olunub.

Seçilən
8
50
Ajans.az

10Mənbələr