AZ

İran və İsrail atəşkəsə razıdırlar - KİV

"İsrail İranın öz ölkələrinə hücumlarını dayandırması şərti ilə atəşkəsə razılaşıb". 

Bu barədə CNN Ağ Evin yüksək rütbəli rəsmisi istinadən məlumat dərc edib. 

Mənbə bildirib ki, İran da bu şərtlərlə razılaşıb.

Telekanalın qeyd etdiyi kimi, danışıqlar zamanı ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə birbaşa əlaqə saxlayıb, vitse-prezident J.D.Vans, dövlət katibi və milli təhlükəsizlik üzrə müşaviri Marko Rubio və xüsusi elçi Stiv Vitkoff isə birbaşa və dolayı kanallar vasitəsilə İranla şərtləri müzakirə edib.

Ağ Ev bildirir ki, razılaşma yalnız ABŞ-nin şənbə günü İranın üç nüvə obyektinə endirdiyi zərbələr nəticəsində mümkün olub.

Tramp həmçinin Qətər əmiri Təmim bin Həməd bin Xəlifə Al Tani ilə birbaşa danışıb və atəşkəs razılaşmasının əldə olunmasında vasitəçilik etdiyinə görə ona təşəkkür edib.
 
 

Seçilən
4
3
7news.az

4Mənbələr