AZ

Azərbaycan neftinin qiyməti 75 dollara yaxınlaşır

Bakı. TurkicWorld:

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,07 ABŞ dolları və ya 1,45% artaraq, 74,68 dollar/barel təşkil edib.

Bu barədə TurkicWorld-a neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,1 dollar və ya 1,52% bahalaşaraq 73,43 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,09 dollar və ya 1,9% artaraq, 58,53 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 1,29 dollar və ya 1,85% artaraq, 71,14 dollar/barel təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Seçilən
0
40
turkic.world

10Mənbələr