AZ

Azərbaycan nefti ucuzlaşıb

Bakı,TurkicWorld

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,51 ABŞ dolları və ya 0,68% azalaraq 74,17 dollar/barel təşkil edib.

Bu barədə TurkicWorld-ə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,51 dollar və ya 0,69% ucuzlaşaraq 72,92 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,52 dollar və ya 0,89% azalaraq, 58,01 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,41 dollar və ya 0,58% azalaraq 70,73 ABŞ dolları təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Seçilən
2
45
turkic.world

10Mənbələr