AZ

Azərbaycan neftinin qiyməti bahalaşıb

Bakı. TurkicWorld:

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,09 ABŞ dolları və ya 1,5% artaraq, 73,61 dollar/barel təşkil edib.

Bu barədə TurkicWorld-a neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,12 dollar və ya 1,57% bahalaşaraq 72,33 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,12 dollar və ya 1,99% artaraq, 57,44 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 1,14 dollar və ya 1,66% artaraq, 69,85 dollar/barel təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Seçilən
9
45
turkic.world

10Mənbələr