Radamel Falkao “Millonarios”dan ayrılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə Kolumbiya klubunun mətbuat xidməti məlumat yayıb.
39 yaşlı futbolçu ilə başa çatan müqavilənin yenilənmədiyi bildirilib. Falkao 2024-cü ilin iyunundan bu klubda çıxış edirdi.
O, “Millonarios”un heyətində ümumilikdə 29 oyunda 11 qol vurub.
Daha çox “Porto”, “Atletiko” və “Monako”dakı çıxışı ilə tanınan Kolumbiya millisinin sabiq üzvü 2019-2021-ci illərdə “Qalatasaray”da da oynayıb.