“Araz-Naxçıvan”ın Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Aris” daha bir oyunçu transferini reallaşdırıb.
Sportinfo.az xəbər verir ki, Yunanıstan klubu bu dəfə qapı xəttini gücləndirib.
Saloniki təmsilçisi Xorvatiyanın “İstra 1961” klubunun qolkiperi Lovro Maykiçi heyətinə qatıb. 25 yaşlı qapıçı keçidi rəsmiləşdirmək üçün artıq Salonikiyə yollanıb.
Xorvatiyanın gənclər millisinin sabiq üzvü “Aris”lə 3 illik müqavilə imzalayacaq. Bu transfer yunanlara 200 min avroya başa gəlib.
“Araz-Naxçıvan” “Aris”lə ilk oyununu iyulun 24-də evdə, cavab görüşün isə ayın 31-də səfərdə keçirəcək.