Konfrans Liqasında “Zirə”nin rəqibi olan “Hayduk” daha üç futbolçusu ilə yollarını ayırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə Split təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub icarə müddəti başa çatan hücumçular - Stipe Buik, Yan Mlakar və Nazari Rusinlə vidalaşıb.
"Hayduk" daha əvvəl qapıçısı Lovre Kaliniçin müddəti bitən sözləşməsini yeniləməyib.
"Zirə" ilə "Hayduk" arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da baş tutacaq.
Komandalar arasında cavab görüşü isə iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.