AZ

Tramp ABŞ-nin xərcləri, vergi və borc tavanı ilə bağlı qanun layihəsini imzalayıb

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp vergilərin azaldılması və borctavanının artırılmasını özündə əks etdirən hökumət xərclərihaqqında qanun layihəsini imzalayıb.

Trend-in məlumatına görə, daha əvvəl sənəd Konqresin hər ikipalatası tərəfindən təsdiq edilib.

"Bu, tarixdə ən böyük qanun layihəsidir. Heç vaxt belə bir şeyolmayıb", - deyə Amerika lideri imzalamadan əvvəl bildirib.

O, hesab edir ki, sənəd “Amerika tarixində ən böyük vergiazaldımasını” nəzərdə tutur. Onun qanunvericilər tərəfindəntəsdiqlənməsi, Trampın fikrincə, “ən böyük qələbə” idi.

Trampın “vahid, böyük, gözəl qanun layihəsi” adlandırdığı vəVaşinqton administrasiyasının təşəbbüsü ilə hazırlanmış sənəd birsıra sahələrdə vergilərin və dövlət xərclərinin əhəmiyyətlidərəcədə azaldılmasını nəzərdə tutur.

Seçilən
1
24
az.trend.az

10Mənbələr