AFFA-nın qadın futbolu departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan 2025/2026-cı illər mövsümü üçün ilk təyinatı alıb.
Arena.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Dinamo” (Minsk, Belarus) – “Ludoqorets” (Bolqarıstan) görüşünün UEFA nümayəndəsi olacaq.
Bu, AFFA rəsmisinin karyerasında kişilər arasında qitənin ən nüfuzlu klub turnirinə ilk təyinatıdır. Zümrüd Ağayeva daha əvvəl qadınların Çempionlar Liqasında 2 matça təyinat alıb.
Qeyd edək ki, “Dinamo” ilə “Ludoqorets” arasında iyulun 16-da təşkil olunacaq cavab qarşılaşması Mezököveşt şəhərində baş tutacaq.