AFFA-nın Qadın futbolu departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan 2025/2026-cı illər mövsümü üçün ilk təyinatı alıb.
Apasport.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Dinamo” (Minsk, Belarus) – “Lüdoqorets” (Bolqarıstan) görüşünün UEFA nümayəndəsi olacaq.
Bu, AFFA rəsmisinin karyerasında kişilər arasında qitənin ən nüfuzlu klub turnirinə ilk təyinatıdır. Ağayeva daha əvvəl qadınların Çempionlar Liqasında 2 matça təyinat alıb.
Qeyd edək ki, “Dinamo” ilə “Lüdoqorets” arasında iyulun 16-da təşkil olunacaq cavab qarşılaşması Mezököveşt şəhərində baş tutacaq.
"Traktor"un oyunları bu kanalda yayımlanacaq
"Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
Elçin Məsiyev: "UEFA Hakimlər Komitəsini təəccübləndirdik"
Jurnalistlərdən ibarət komanda "Star Cup Azerbaijan - Ulduzlar Liqası"nın qalibi olub - FOTO
“Kəpəz”in rəqibləri bəlli olub