AFFA-nın Qadın futbolu departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA Çempionlar Liqası oyununa təyinat alıb.
Offsideplus.az xəbər verir ki, o, I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Dinamo” (Minsk, Belarus) – “Lüdoqorets” (Bolqarıstan) görüşünün UEFA nümayəndəsi olacaq. Bu, AFFA rəsmisinin karyerasında kişilər arasında qitənin ən nüfuzlu klub turnirinə ilk təyinatıdır. Z.Ağayeva daha əvvəl qadınların Çempionlar Liqasında 2 matça təyinat alıb.
Qeyd edək ki, “Dinamo” ilə “Lüdoqorets” arasında iyulun 16-da təşkil olunacaq cavab qarşılaşması Mezököveşt şəhərində baş tutacaq.