İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın Cezzin və Nabati şəhərlərində yerüstü hədəflərə güclü zərbələr endirib.
Bakupost.az xəbər verir ki, "Hizbullah" qruplaşmasına məxsus yeraltı sığınacaqlar, komanda məntəqələri və silah anbarları da hücuma məruz qalıb.
Mülki vətəndaşlar arasında xəsarət alanlar barədə məlumat verilmir.
Şahidlər İsrail təyyarələrinin ölkənin cənub rayonları üzərində alçaqdan manevr etdiklərini bildiriblər. "Hizbullah"ın obyektlərinə yeni zərbələrin endiriləcəyi gözlənilir.
"Cebheinfo.az"