AZ

Şərab məsləhəti, pəhriz planı, dərin araşdırma – "OpenAİ" rəhbərləri "ChatGPT"ni gündəlik necə istifadə edir?

“OpenAI” şirkətinin yüksək vəzifəli əməkdaşları yayımladıqları son podkastda “ChatGPT”dən gündəlik həyatlarında necə istifadə etdiklərini danışıblar. 

Valyuta.az xəbər verir ki, açıqlamalar göstərib ki, süni intellektin yaradıcıları da bu texnologiyanı bizim kimi gündəlik və peşəkar işlərdə istifadə edirlər.

Müasir dövrdə süni intellekt bir çox insanın həyatının ayrılmaz hissəsinə çevrilib. Kimisi ondan araşdırma aparmaq, kimisi iş tapşırıqlarını yerinə yetirmək, kimisi isə sadəcə ünsiyyət qurmaq üçün istifadə edir. Maraqlıdır ki, bu texnologiyanın əsas inkişaf etdiriciləri – “OpenAI” əməkdaşları da süni intellektdən məhz bu şəkildə faydalanırlar.

“ChatGPT” layihəsinin rəhbəri Nik Törli bu texnologiyada ən çox səs funksiyasını sevdiyini bildirib. O, bu xüsusiyyətdən əsasən işə gedərkən istifadə etdiyini və ofisə çatmamışdan əvvəl gün üçün görüləcək işlər siyahısını “ChatGPT” ilə hazırladığını deyib.

“OpenAI”ın baş elmi əməkdaşı Mark Çen isə süni intellektin dərin araşdırma imkanlarını üstün tutduğunu qeyd edib.

Podkastın aparıcısı Endryu Meyn isə “ChatGPT”dən ən yaradıcı şəkildə istifadə edənlər sırasındadır. O, restoran menyularını “ChatGPT”yə təqdim edərək özünə uyğun pəhriz planı tərtib etdirir. 

Həmçinin, şərab tövsiyələri də istəyir, lakin bu sahədə “ChatGPT”nin o qədər də uğurlu olmadığını bildirib. Onun sözlərinə görə, tövsiyə edilən şərablar çox vaxt restoranda olmur.

Sərvanə Rəmixanova

Seçilən
22
50
valyuta.az

10Mənbələr