İngiltərənin "Çelsi" klubunun qapıçısı Cordi Petrovic Premyer Liqaya yüksəlmiş "Sanderlend"ə keçməyə yaxındır.
90deqiqe.Az-ın məlumatına görə, "qara pişiklər" 25 yaşlı qolkiperin transferini demək olar ki, tamamlayıblar. Transferin yaxın vaxtlarda açıqlanacağı gözlənilir. "Çelsi" serbiyalının keçiddən təxminən 25 milyon avro qazanacaq.
Transfermarkt portalı isə Petrovicin bazar dəyərini 20 milyon avro olaraq qiymətləndirir.
Petrovic ötən mövsümü Fransanın "Strasburq" klubunda icarədə keçirib.
Liqa 1-də 31 oyuna çıxan qapıçı 38 qol buraxıb və performansıyla diqqət çəkib.
Qeyd edək ki, "Sanderlend" Premyer Liqaya Çempionşipin pley-off mərhələsində "Şeffild Yunayted" üzərində 2:1 hesablı qələbə ilə vəsiqə qazanıb.