"Barselona" klubu "İnter"in futbolçusu Denzel Dumfris ilə maraqlanır.
Offsideplus.az xəbər verir ki, niderlandlı sağ cinah müdafiəçisinin müqaviləsindəki bəndə görə o, bu ayın ortalarına qədər 25 milyon avro ödənərək transfer edə bilər. Katalon klubu bundan istifadə etmək istəyir.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Dumfris 2021-ci ildən "İnter"də çıxış edir. O, başa çatan mövsüm 47 oyunda 11 qol vurub və 6 məhsuldar ötürmə edib.