UEFA maliyyə feyr-pley qaydalarını pozması səbəbilə beş klubu cəzalandırıb.

Offsideplus.az xəbər verir ki, "Lion", "Barselona", "Çelsi", "Aston Villa" və "Roma" Avropa futbol qurumu tərəfindən cərimələnib. 

"Çelsi" bu klublar arasında ən çox cərimə ödəməli olacaq - 20 milyon avro. 

Qaydalara əməl etmədiyi üçün "Barselona" 15 milyon avro, "Lion" 12,5 milyon avro, "Aston Villa" 11 milyon avro, "Roma" isə 3 milyon avro ödəniş etməli olacaq.