AZ

Trampın Rusiya ilə bağlı ŞOK PLANI ÜZƏ ÇIXDI: “Putini devirmək, Rusiyanı daxildən parçalamaq və…” KONKRET

Konkret.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın Ukrayna siyasətində müşahidə olunan passivlik bəzi strateji ərazilərin, o cümlədən faydalı qazıntılarla zəngin litium yataqlarının Rusiya nəzarətinə keçməsi fonunda yeni suallar doğurur. Maraqlıdır, Trampın Ukraynaya marağının azalmasının əsas səbəbləri nədir?

Mövzunu politoloq Taleh Əliyev KONKRET.az-a açıqlamasında şərh edib:

“Siyasi analizlər göstərir ki, ABŞ və onun NATO ilə Aİ-dəki əsas müttəfiqləri hazırda Ukraynanın hərtərəfli silahlandırılmasına və dəstəyinə yönəlmiş fərqli strategiya yürüdürlər. ABŞ-ın ümumi yanaşması uzunmüddətli strateji plana əsaslanır: Rusiya resurslarının tükəndirilməsi, rejim daxilində parçalanma və nəticə etibarilə Moskvanın Ukraynada strateji məğlubiyyətə uğradılması hədəflənir”.

Ekspert bildirir ki, ABŞ hazırda Rusiya ilə birbaşa hərbi qarşıdurmadan yayınmaqla, onu nüvə silahına əl atmadan siyasi, iqtisadi və diplomatik vasitələrlə zəiflətmək siyasəti həyata keçirir.

“Bu kontekstdə ABŞ-ın Ukraynada litium və digər nadir faydalı qazıntılarla bağlı bağladığı müqavilələrin bir qisminin işğal altında olan ərazilərdə yerləşməsi, Vaşinqtonu müharibəyə daha aktiv cəlb edən faktor kimi çıxış etmir. Bu, əksinə, daha kompleks və uzunmüddətli siyasi oyunların bir parçasıdır. Məqsəd yalnız Ukraynaya hərbi dəstək deyil, həm də Rusiyanın içəridən zəiflədilərək, rejim dəyişikliyi ilə nəticələnəcək bir sonluğa doğru yönləndirməkdir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
50
konkret.az

10Mənbələr