AZ

Rus dilində təhsil alanlar, potensial 5-ci kolondur düşüncəsi, kökündən səhv fikirdir.



Rus dilində təhsil alanlar, potensial 5-ci kolondur düşüncəsi, kökündən səhv fikirdir.Amma, rusdilli və yaxud da rus dilində orta məktəbi bitirənlərin dövlət müəssisələrində bir-biri ilə rus dilində təmas qurmaları ölkəmizdə adi hal aldığı üçün,hətta, iki nazirin bir-biri ilə rus dilində danışması cəmiyyətdə normal qarşılanırsa, artıq bu cəmiyyətdə rus dili öz işini görmüşdür, demək olar.Bizim öz dilimiz var və dövlətimizin də dili Azərbaycan dilidir.Əslində, dövlət dilində səlist danışmaq, oxumaq, yazmaq hər bir ölkənin kadr siyasətinin başında gəlir.Rusiya ,Rus dilində təhsilin ölkəsindən kənarda belə tətbiq edilməsi istiqamətində, xüsusi dövlət siyasəti qurub və onu tətbiq etmək üçün bütün vasitələrə əl atır.Sual çıxır meydana, Rusiya bunu nə üçün edir? Əslində bunun müxtəlif səbəbləri var, amma, Rusiyanın dil üzərində bu qədər ciddi dayanması, onun yenidən imperia qurmaq xəyallarından qaynaqlanır və Rusiyadan kənarda rus dilində danışanları bu istiqamətdə istifadə etməyin asan və ən məqbul variantı hesab edir.Azərbaycan dilində danışmasını düzgün bilməyənlər və yaxud da düzgün cümlələr qura bilməyənlər yüksək vəzifələrdə səmərəli ola bilməzlər və bunun yüzlərlə nümunəsi var. Öz ana dilində danışmağı özünə məsləhət bilməyən və buna hörmətlə yanaşmayaların, başqalarının dilinə də etdiyi hormət və izzəti ,riyakarlıqdan başqa bir şey deyil, kimi görünür.

Çingiz Şahbazi, siyasi ekspert
Seçilən
27
50
newscenter.az

10Mənbələr