Son günlər Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddia var. Valideynlər deyirlər ki, bu barədə məktəblə bağlı “WhatsApp” qruplarına bildirişlər gəlib. Yayılan məlumata görə, növbəti tədris ilində 247nömrəli məktəbdə də rus dilinin tədrisi dayandırılacaq.
Məsələni araşdırmaq üçün adıçəkilən məktəblə əlaqə saxladıq. 247 nömrəli məktəbin direktoru Sitarə Abbasova “Bakı-Xəbər”ə şərhində bildirdi ki, yayılmış məlumat həqiqəti əks etdirmir: “Bu haqda bizə heç nə deyilməyib. Rus dilinin tədrisi dayandırılmayacaq”.
Leyla QARAXANLI