AZ

Estoniya prezidentindən rus dili ilə bağlı çağırış: Rahat buraxaq

Estoniya prezidenti Alar Karis rus dilinə görə nəyisə qadağan etməyi ağılsız hesab etdiyini bildirib.

Publika.az xəbər verir ki, onun sözlərini “RİA Novosti” yayıb.

"Mədəniyyəti, kitabı, ədəbiyyatı, teatrı, kinonu rahat buraxaq. Onlar bizim düşmənimiz deyil. Məncə, qadağalar ağlabatan deyil... sırf rusca olduğu üçün", - Karis deyib.

O əlavə edib ki, 20-ci əsrdən etibarən Estoniya dövləti bir çox xalqlar üçün dil və mədəni muxtariyyət yaradır, lakin eston dili dövlət dili olaraq qalır.

Seçilən
13
50
publika.az

10Mənbələr