AZ

Ronaldu faciəli şəkildə ölən komanda yoldaşından yazdı: "Rahat yat, Dioqu"

Ulduz futbolçu Kriştianu Ronaldu avtomobil qəzası nəticəsində həyatını itirən həmyerlisi Dioqu Jota haqqında paylaşım edib.

"Bakuinfo" xəbər verir ki, 40 yaşlı hücumçu kədərini öz "Instagram" səhifəsində bölüşüb.

"Bir neçə gün əvvəl biz səninlə yığmada birlikdə idik, bir neçə gün əvvəl sən özünə toy etmişdin. Həyat yoldaşına və övladlarına başsağlığı verirəm, bilirəm ki, sən həmişə onların yanında olacaqsan.

Dioqu və Andre - rahat yatın. Biz hamımız sizin üçün çox darıxacağıq", - K.Ronaldu qeyd edib.

Qeyd edək ki, Dioqu və Andre bu gün İspaniyada baş verən yol-nəqliyyat hadisəsi zamanı avtomobildə yanaraq ölüblər.

Seçilən
20
31
bakuinfo.net

10Mənbələr